Siyasət

Azərbaycan xalqının zəngin mədəniyyətlərarası və dinlərarası dialoq təcrübəsi dünya üçün nümunədir

27 Aprel 2015 19:55
Baxış: 1 758

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 

Milli.Az bildirir ki, XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə R.Çukerman Azərbaycanın sürətli inkişafının böyük təəssüratlar doğurduğunu diqqətə çatdırıb və Azərbaycan xalqının zəngin mədəniyyətlərarası və dinlərarası dialoq təcrübəsinin dünya üçün nümunə olduğunu vurğulayıb.
 

E.Məmmədyarov Azərbaycanın milli təcrübə əsasında beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfəsindən danışaraq, ölkəmizin əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib.
 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.