Siyasət

Azərbaycanın millət vəkilləri TürkPA komissiyasının iclasında iştirak edəcəklər

27 Aprel 2015 19:06
Baxış: 1 707

Azərbaycanın millət vəkilləri Sədaqət Vəliyeva İqbal Ağazadə TürkPA komissiyasının iclasında iştirak etmək üçün aprelin 28-dən mayın 1-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.
 

Milli.Az bildirir ki, Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qurumun Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının dördüncü iclasında "TürkPA üzvü olan ölkələrdə seçkilər, seçki sistemləri və Assambleyanın seçki müşahidəsi fəaliyyətləri" mövzusunda hesabat məruzəsi dinləniləcək. Mövzuya dair tövsiyə qərarı qəbul ediləcək. Komissiyanın növbəti iclası ilə əlaqədar təşkilati məsələlərə baxılacaq.
 

Deputatlarımız müzakirələrdə yaxından iştirak edəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.