Siyasət

Eldəniz Quliyev: "Razi Nurullayevin Milli Şurada qalması mümkünsüz idi"

27 Aprel 2015 15:18
Baxış: 830
"Razi Nurullayev Milli Şuranın sessiyalarına 3 dəfə qatılmadığına görə, Nizamnaməyə uyğun olaraq qurumdan çıxarılıb. Həm də AXCP-dən çıxarılandan sonra Razi Nurullayevin açıqlamaları ziyanlı, qeyri-səmimi və qeyri-demokratik oldu. Bütün bunlar nəzərə alınaraq, yekdilliklə onun qurumdan çıxarılması haqqında qərar qəbul edildi".

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq müavini Razi Nurullayevin Milli Şuradan kənarlaşdırılmasına münasibət bildirərkən deyib.

O, R.Nurullayevin qurumdan kənarlaşdırılmasını onun "bir ayağının iqtidarda, bir ayağının müxalifətdə olması" ilə izah edib.

Xatırladaq ki, Milli Şuranın sessiyasında R.Nurullayevlə yanaşı, qurumda fəaliyyətini dayandıran KXCP sədri Mirmahmud Mirəlioğlu və partiyanın bəzi üzvləri qurumdan çıxarılıblar.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.