Siyasət

Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

27 Aprel 2015 18:55
Baxış: 2 090

18:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanı və İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.
 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycanın böyük şairi Nizami Gəncəvinin adını daşıyan Mərkəzin artıq vacib beynəlxalq instituta çevrildiyi və bu qurumun müxtəlif sahələri əhatə edən tədbirlərinə marağın ildən-ilə artdığı qeyd olundu, bu istiqamətdə işlərin davam etdirilməsinin və fəaliyyətin daha da genişləndirilməsinin zəruriliyi vurğulandı.
 

Söhbət zamanı Mərkəzin xalqlar və ölkələr arasında dostluğun və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirilməsi işinə verdiyi töhfə xüsusi qeyd edildi.


----------
14:35


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Rocer Çukermanın ölkəmizə səfərinin məhsuldar və keçirilən görüşlərin uğurlu olacağına ümid etdiyini bildirdi. Prezident İlham Əliyev səfərin Azərbaycan-Fransa əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.

Ölkəmizə Yerevandan gəldiklərini vurğulayan Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukerman ilk gündən Bakıda böyük inkişafın və müasirliyin şahidi olduqlarını dedi. O, ölkəmizdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar görülən yüksək hazırlıq işləri ilə bağlı Azərbaycan tərəfinə təbriklərini çatdırdı. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan Rocer Çukerman Azərbaycanın əldə etdiyi bu uğurlara Avropa tərəfindən obyektiv qiymət verilməsinin vacibliyini də vurğuladı.

----------
14:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Malta Respublikasının baş naziri Cozef Muskatı qəbul edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev baş nazir Cozef Muskatın ölkəmizə son səfərindən sonra əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, sərmayə qoyuluşu, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı potensialın yarandığını dedi.

Malta Respublikasının baş naziri Cozef Muskat ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu dedi. Ölkəmizdə sürətli inkişaf proseslərinin şahidi olduğunu vurğulayan baş nazir Azərbaycanda gedən bu müsbət proseslərə Avropa tərəfindən obyektiv qiymət verilməsinə tərəfdar olduğunu bildirdi.

Görüşdə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, regionda baş verən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az

----------18:55

Böyütmək üçün şəkillərə klikləyin.

Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın sabiq Prezidentini və İsgəndəriyyə Kitabxanasının direktorunu qəbul edib



----------
17:28

Prezident İlham Əliyev Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



Azərbaycan Prezidenti İlham Əliyev Maltanın Baş nazirini qəbul edib

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.