Siyasət

Azərbaycan FHN-in təyyarəsinin Nepala uçuşu məsələsi həll edilir

27 Aprel 2015 13:22
Baxış: 996
Azərbaycanın Hindistandakı, eləcə də Nepalda akkreditasiya olunmuş səfirliyi zəlzələdən əziyyət çəkmiş Nepala humanitar yardım çatdıracaq Fövqəladə Hallar Nazirliyinin təyyarəsinin uçuşuna icazənin rəsmiləşdirilməsi məsələsini həll edir.

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə əsasən, həmin təyyarə ilə Nepalda yaşayan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi planlaşdırılır. Hazırda texniki məsələlər həll edilir.

Azərbaycanın Hindistandakı səfirliyindən əldə edilən ilkin məlumata görə, Nepalda 6 uşaq daxil olmaqla 14 azərbaycanlı yaşayır. Zəlzələ nəticəsində azyaşlı uşaq cüzi xəsarət alıb, hazırda onun vəziyyəti normal qiymətləndirilir.

Qeyd edək ki, Nepalda baş vermiş zəlzələ nəticəsində ölənlərinin sayı 3,5 min nəfəri ötüb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.