Siyasət

"Azərbaycan və Türkiyəni ayırmaq istəyənlər erməni kartından istifadə edirlər"

27 Aprel 2015 12:43
Baxış: 575
"Azərbaycan və Türkiyəni ayırmaq istəyən qüvvələr erməni kartından daha çox istifadə edirlər".

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Toppaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

A.Paşazadə bildirib ki, bu qüvvələr xaricdən təzyiqlərini artırıblar: "Qondarma bir soyqırımı bayraq edib, ermənilərin adından Türkiyəyə qarşı istifadə edirlər. Azərbaycana qarşı törədilən soyqırımı isə bundan ayırıb Türkiyəni ermənilərlə ayrıca üz-üzə qoymaq istəyirlər. Türkiyəni bizə görə ittiham etmək istəyirlər. Halbuki biz qardaş xalqıq, kədərimiz və sevincimiz ortaqdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.