Siyasət

Allahşükür Paşazadə: "Bu, özünü prezident adlandırana yaraşmaz"

27 Aprel 2015 12:16
Baxış: 1 490
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə bu gün Türkiyənin Əziz Mahmud Hüdayi Vəqfinin fəxri başqanı Osman Nuri Topbaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend-in məlumatına görə, A.Paşazadə görüşdə Ermənistan prezidenti Serj Sarkisyanı siyasi riyakar adlandırıb.

A.Paşazadə S.Sarkisyanın bir neçə gün əvvəl qondarma erməni soyqırımı ilə bağlı İrəvanda etdiyi çıxışa toxunaraq qeyd edib ki, özünü prezident adlandıran şəxs tarixi faktları saxtalaşdıraraq siyasi riyakarlıq edib:

"Deyir ki, bu tədbiri dünyaya sülhün çatdırılması, ölkələrin dostluğu naminə keçirir. O zaman mən ondan soruşuram, əgər sən belə sülh carçısısansa, cəmi 23 il bundan əvvəl elə öz iştirakınla Xocalıda törədilən soyqırımı niyə dilə gətirmirsən?! Niyə bundan danışmırsan?! Axı sən özün də etiraf etmisən ki, Dağlıq Qarabağda azərbaycanlıları necə qırmısınız. Bu necə sülh və ədalətdir ki, 100 il əvvəlki bir hadisəni indi "soyqırımı" kimi dünyaya bayraq edirsən, amma Dağlıq Qarabağda azərbaycanlıların qanına susamağınızı görməzliyə vurursan. Axı bu, ən azı siyasi riyakarlıqdır və özünü prezident adlandırana yaraşmaz".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.