Siyasət

"The Press and Journal"ın reportajı: "Şuşa məscidinin güllələnmiş döşəmələrindən torpaq boylanırdı"

27 Aprel 2015 11:13
0 Şərh     Baxış: 943
Ermənistanın işğalında olan Azərbaycan şəhəri Şuşa bu gün yarıuçuq binalarla dolu tərkedilmiş yerdir.

Trend-in məlumatına görə, bu barədə Şotlandiyanın nüfuzlu "The press and Journal" qəzetində dərc olunan məqalədə deyilir.

"Şuşanın yerli sakinləri sovet tipli boz evlərdə yaşayır ki, bu binalar istənilən an uça bilər", - deyə məqalədə yazılıb. Müəllif qeyd edir ki, Ermənistanın işğalında olan Xankəndidən taksi ilə Şuşaya yollanıb, şəhərin mərkəzində dayandıqdan sonra piyada gəzmək qərarına gəlib.

Məqalədə şəhərdəki bütün binaların bərbad vəziyyəti, yolların iri çalalarla bol olduğu vurğulanır: "Biz Azərbaycan məscidinə baş çəkdik, məscidin divarları pulemyot güllələrindən deşik-deşik idi. İçəridə ölü sükut var idi, güllələnmiş döşəmələrdən torpaq boylanırdı".

Müəllifin sözlərinə görə, Şuşadan Xankəndinə qayıtdıqdan sonra son günlərdə Ermənistan xüsusi xidmətlərinin əməkdaşları onu küçədə zorla tutub saxlayıb sorğu-suala çəkiblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.