Siyasət

“Qarabağ münaqişəsinin təsadüfi gərginləşməsi ehtimalı var”

25 Aprel 2015 22:19
0 Şərh     Baxış: 1 721

İndiki məqamda Dağlıq Qarabağda genişmiqyaslı müharibə üçün əsas yoxdur, ancaq münaqişənin təssadüfən gərginləşməsi üçün ehtimallar var.

Milli.Az modern.az-a istinadən bildirir ki, bunu Londondakı şərqi və Afrika araşdırmaları məktəbi yanında müasir Orta Asiya və Qafqaz mərkəzinin elmi əməkdaşı Lourens Broyers internetlə keçirdiyi mətbuat konfransında deyib.

Eksperetin fikrincə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatı çox məhduddur: "Mandata daxil olan səfir Kaspşik və səfirin 5 səhra köməkçisi tərəfləri öz hərəkət marşrutları barədə məlumatlandırmalıdırlar".

Lourens deyib ki, bu gün onun əvvəllər təklif etdiyi kimi erməni və Azərbaycan komandirləri, yaxud müdafiə nazirlikləri arasında birbaşa əlaqə yoxdur: "Müvafiq olaraq situasiya səhv qavrama və qeyri-adekvat reaksiyaya, qərəzsiz gərginləşməyə gətirib çıxara bilər".
 

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.