Siyasət

Aİ komissarı Azərbaycanı nümunə göstərdi

25 Aprel 2015 10:32
Baxış: 680
Avropa İttiffaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohanes Xan Azərbaycanı nümunə göstərib.

Trend-in məlumatına görə, Y.Xan bu fikri "Bertelsmann Stiftung" Fondunun Brüssel ofisi tərəfindən təşkil olunmuş "Ukraynanın iqtisadiyyatını necə sabitləşdirmək olar?" adlı konfransda çıxışı zaman səsləndirib.

Açılış nitqi zamanı kiçik və orta müəssisələrin dəstəklənməsi üçün Avropa Komissiyası ilə Ukrayna arasındakı əməkdaşlıqdan danışan Y.Xan Azərbaycanı bu xüsusda nümunə göstərib.

Bu yaxınlarda Azərbaycana səfəri zamanı kiçik və orta müəssisələrin vəziyyətinin çox yaxşı olduğunu bildirən Y.Xan ölkədə müəssisələrin 15 dəqiqə ərzində qeydiyyatdan keçdiyi və qeydiyyatın online şəkildə edildiyi zaman daha az vaxtın sərf edildiyini diqqətə çatdırıb. O, Estoniyanın "e-governance" nümunəsi əsnasında ölkədə yaradılmış sistemi yüksək qiymətləndirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.