Siyasət

Rusiyanın İranla əlaqələri diriltmək istəyir

18 Aprel 2015 22:10
0 Şərh     Baxış: 972

İrana S-300 zenit raket sistemlərinin satılması ilə bağlı Rusiyanın öz istəyilə qoyduğu qadağa Vladimir Putin tərəfindən imzalanan fərmanla ləğv edilib. Silah təchizatına qoyulan embarqonun qaldırılması aprel ayının 2-də Lozannada nüvə proqramı üzrə P5+1 (Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya), Avropa İttifaqı və İran arasında çərçivə sazişi razılaşdırıldıqdan günlər sonraya təsadüf edir.

Yüksək texnologiyalı silahların satışına qadağa qoyulması daxil olmaqla, müxtəlif sanksiyaların tətbiq edilməsi üzrə 2010-cu ilin iyun ayında BMT-nin Təhlükəsizlik Şurasının qətnamə qəbul etməsi nəticəsində Rusiya raket təchizatını və bütün hərbi-texniki əməkdaşlığı dayandırmış, İran isə əvəzində 4 milyard dollar tələb etmişdi.

Lozanna razılaşması (Birgə Fəaliyyət Planı) iyun ayının sonuna qədər imzalanması nəzərdə tutulan hərtərəfli nüvə sazişi üçün plan yaratdı. Yekun razılaşma imzalanarsa, hal-hazırda tətbiq olunan iqtisadi sanksiyalar tədricən qaldırıla bilər.

"Əminik ki, bu mərhələdə Rusiya tərəfindən müstəqil və könüllü şəkildə qoyulmuş embarqo üçün zərurət aradan qalxıb" - Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bildirib. O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasının İran üzərinə qoyduğu sanksiyalarda əhatə olunmamasına baxmayaraq, Rusiya raket satışını 2010-cu ildə öz istəyilə dayandırıb.

Sergey Lavrov bunu da bildirib ki, raketlər son dərəcə müdafiə xarakteri daşıyır və hücum üçün istifadəsi mümkün olmayan raket sistemi İsrail daxil olmaqla, regiondakı heç bir dövlət üçün təhlükə yaratmır. Sovet dövründən qalma raket sistemlərinin çatdırılma tarixi isə məlum deyil.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə onun iranlı həmkarı Hüseyn Dehqan yanvarın 20-də Tehranda "uzunmüddətli və hərtərəfli" hərbi əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar. Nazirlər beş S-300PMU-1/SA-20 Gargoyle raket sisteminin 800 milyon dollar qarşılığında İrana satılması ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmaq haqqında razılığa gəliblər. S-300PMU1 uzaq mənzilli, zenit-raket sistemidir.

2000-ci ilə İran Çin, Hindistan və ABŞ-dan sonra Rusiyanın ixrac etdiyi ümumi silahların 6,1 faizini alaraq ondan ən çox hərbi avadanlıq idxal edən dördüncü ölkə idi. Moskvada yerləşən Dünya Silah Ticarəti Analizi Mərkəzinin apardığı tədqiqatlardan birinə görə, Rusiyanın müdafiə sənayesi BMT-nin İran üzərinə qoyduğu sanksiyalarla əlaqədar silah ticarətində təxminən 13 milyard dollar itirib.

Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin sədr müavini A.Klimov qeyd edib: "Ticarət əməkdaşlığımızın gələcəyi haqqında düşünməliyik. Heç kim üçün gözləmək də istəmirik, bu, bir növ rəqabətdir."

Rusiya fevral ayında İrana S-300 əvəzinə Antey-2500 zenit-raket kompleksi təklif edib. Belə ki, artıq bu sistemlərdən Çin, Vyetnam və Kiprə satılıb.

4npress.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.