Siyasət

Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığa dair üçtərəfli saziş imzalanacaq - FOTO

1 Aprel 2015 19:42
0 Şərh     Baxış: 595

Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Gürcüstana səfər edib.
  

APA-nın məlumatına görə, Z.Həsənov və nümayəndə heyətinə daxil olan şəxslər Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edərək abidənin önünə əklil və gül dəstələri qoyublar.
  

Azərbaycanın müdafiə naziri Gürcüstana səfərinin məqsədini açıqlayıb: "Səfərimizin məqsədi müəyyən etdiyimiz ikitərəfli əməkdaşlıq istiqamətlərini bir daha müzakirə etməkdir. Biz Gürcüstanın müdafiə naziri ilə Bakıda və Naxçıvanda görüşmüşük. Naxçıvanda Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli hərbi əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirmişdik. Budəfəki səfərdə isə planlaşdırılmış işlərin həyata keçirilməsi yollarını müzakirə edəcəyik. Sabah Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli saziş imzalanacaq. Bununla üçtərəfli əməkdaşlığın prioritetlərini müəyyən edəcəyik".

Z.Həsənov görüşdə regional təhlükəsizlik məsələlərini də müzakirə edəcəklərini söyləyib: "Biz Ermənistanın regional sülhə və qonşularına təhlükə yaratmasını da müzakirə edəcəyik. Tərəflərin bu məsələyə dair mövqelərini dinləyəcəyik".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.