Siyasət

Vahid Əhmədov: "Burada ermənilərin də əli var"

30 Mart 2015 15:53
Baxış: 1 762

"Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında düşmənimiz olan ermənilərin də əli var"

Bu barədə Trend-ə Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

V.Əhmədov qeyd edib ki, dünyada Azərbaycana qarşı ikili standartlar fəaliyyət göstərir: "Bu çirkli kampaniyanı aparan təşkilatlar nə vaxt Azərbaycana qarşı ədalətli mövqe sərgiləyiblər ki? Digər tərəfdən də Azərbaycanı gözü götürməyən qüvvələr, beynəlxalq təşkilatlar var ki, ölkəmizin bugünkü inkişafını görmək istəmirlər və ona görə də belə qarayaxma kampaniyası aparırlar".

Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan iri beynəlxalq layihələr həyata keçirir: "Dünyanın bir çox ölkələri belə layihələr həyata keçirə bilmir və buna görə də Azərbaycanın bu uğurunu gözü götürməyən təşkilatlar var. Bu baxımdan Azərbaycana qarşı belə kampaniya gözlənilən idi".

V.Əhmədov vurğulayıb ki, bu kampaniyanın heç bir nəticəsi olmayacaq və Azərbaycan bu tədbirdə də ona göstərilən etimadı doğruldacaq.

O, həmçinin ilk Avropa Oyunlarının Azərbaycan üçün faydalarından danışıb: "İlk Avropa Oyunları Azərbaycan üçün lazımlı bir məsələ idi. Çünki bu idman tədbiri ilk dəfə Azərbaycanda keçirilir və ölkəmizin dünyaya böyük təqdimatıdır. Bu, Azərbaycanın mustəqilliyinin möhkəmləndirilməsi və siyasi əhəmiyyətinin gücləndirilməsi üçün vacib tədbirdir. Biz yalnız bu günü deyil, eyni zamanda, belə tədbirlərin Azərbaycan üçün gələcək faydalarını nəzərə almalıyıq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.