Siyasət

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri başa çatdı

30 Mart 2015 12:15
Baxış: 710
Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Ankarada 22-29 mart tarixlərində keçirilən təlimləri başa çatıb.

APA-nın Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təlimlərdə Türkiyədən bir xüsusi təyinatlı tağım (tim), iki helikopter və bir nəqliyyat təyyarəsi, Azərbaycandan isə bir xüsusi təyinatlı tağım iştirak edib.

Təlimlərin məqsədi iki ölkə xüsusi təyinatlıları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı təcrübə mübadiləsi olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.