Siyasət

Koreya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun həllinin tərəfdarıdır

29 Mart 2015 15:33
Baxış: 697

Koreya Milli Assambleyasının üzvü Kanq Çanq Hi Milli Məclisdə olub

Trend AzTV-nin saytına istinadən məlumat verir ki, qonaqları salamlayan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanla Koreyanın dostluq münasibətlərindən danışıb. Xüsusilə də son 10 ildə ölkələrimizin əlaqələrinin inkişafının intensiv xarakter daşıdığını söyləyib. Bildirib ki, regionun lider dövləti olan Azərbaycan müxtəlif sahələrdə uğurlara imza atır. Azərbaycanın yeganə problemi Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsidir.

Birinci vitse-spiker Koreyanın tanınmış şirkətlərinin ölkəmizdəki fəaliyyətindən məmnunla söz açıb. Azərbaycanın da Koreyaya ciddi sərmayə yatırdığını və bunun iqtisadi əməkdaşlığın inkişafına yaxşı töhfə verdiyini deyib. Bildirib ki, bu, iqtisadi əlaqələrin gələcək inkişafı üçün yaxşı bazadır.

Koreya Milli Assambleyasının üzvü K.Ç.Hi də xalqlarımızın qədim tarixi münasibətlərindən geniş söz açıb. Xalqlarımızın mədəni sahədəki bağlılığını xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanın hərtərəfli sürətli inkişafı olduqca təqdirəlayiqdir. Ölkəmizi ilk Avropa Oyunlarının yüsək səviyyədə keçirilməsi üçün apardığı uğurlu təşkilatçılıq işinə görə təbrik edib. Bu Oyunların ölkəmizı dünyada daha da tanıdacağına ümidvar olduğunu bidirib.

Qonaq Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsindən danışarkən bu problemin beynəlxalq hüquq norma və prinsipləri, BMT və digər təşkilatların qəbul etdiyi sənədlərə uyğun həllinin tərəfdarı olduqlarını söyləyib.

Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fəttah Heydərov da ölkələrimizin müxtəlif istiqamətlərdəki əlaqələrindən, narahat edən məsələlərdən, qanunverici orqanlar arasındakı əməkdaşlıqdan danışıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.