Siyasət

Bir qrup Azərbaycan qadını mükafatlandırıldı - SİYAHI

5 Mart 2015 16:40
Baxış: 1 271
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının bir qrupunun "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Abdullayeva Qalina Alekseyevna

Ablayeva Rəbiyə Cəmil qızı

Əsədova Qətibə Yəhya qızı

Hacıyeva Sevda Həbib qızı

Nurəliyeva Mənzərxanım Fikrət qızı".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında mədəniyyət, təhsil və səhiyyə sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Xalq Artisti"

Hacıyeva-Naylor Fidan Hacı Ağa qızı

"Əməkdar Müəllim"

Əhədova Mətanət Məcnun qızı

Kazımzadə Elmina Mobil qızı

Musayeva Bella Sirac qızı

Mustafayeva Mehriban İsa qızı

"Əməkdar Həkim"

Ağazadə Cəmilə Əyupovna

"Əməkdar Mədəniyyət İşçisi"

Abbaslı Elmira Mikayıl qızı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.