Xəzərin dibi ilə boru kəmərləri və kabellərin çəkilməsi məsələləri hələ də gündəlikdədir və bununla bağlı müzakirələr davam edəcək.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Bradçikov Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin müavinləri səviyyəsində işçi qrupun 39-cu iclasının yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Xəzərin hüquqi statusu üzrə konvensiya layihəsində boru kəmərlərinin çəkilməsi barədə ayrıca bənd var: "Həmin bənd müzakirə olunur və müxtəlif yanaşmalar var. Müzakirələr davam edir".
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə əminliyini bildirib ki, gələcəkdə bu məsələ öz həllini bütün sahilyanı ölkələrin xoş iradəsi ilə diktə edilən mövqe əsasında əksini tapacaq.
İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur qeyd edib ki, Xəzərdə əməkdaşlıq üçün beş sahilyanı dövlətin geniş imkanları var: "Ümid edirik ki, konvensiya üzərində iş uğurla başa çatacaq və bütün məsələlər razılaşdırma yolu ilə həllini tapacaq".
Milli.Az
Siyasət
Xəzərdə sualtı boru kəmərlərinin çəkilişi üzrə danışıqlar davam etdiriləcək
5 Mart 2015 16:08
0 Şərh
Baxış: 861
DİGƏR XƏBƏRLƏR
- Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır - Hulusi Kılıç
- Delimitasiya prosesində vacib məqam... - Elçin Əmirbəyov
- Azərbaycanın keçdiyi inkişaf yolu bir çoxları üçün nümunədir - Sevil Mikayılova
- Ankara və Bakı Şərqi Qərblə birləşdirir
- Azərbaycan СОР29-dan bunun üçün istifadə edə bilər - Metyu Brayza
- Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb
XƏBƏR LENTİ
- Antalyada baş vermiş kanat qəzasının pərdəarxası görüntüləri - VİDEO
- Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa çox yaxındır - Hulusi Kılıç
- "Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA - FOTO
- Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır
- Fatimə dəyişib belə oldu - FOTOlar
- Ronaldonun sonuncu olduğu, Messinin yer almadığı SİYAHI
- Əfv Məsələləri Komissiyasının iclası keçirildi - Müraciətlərə baxıldı
- Safura ailəsi ilə istirahətdə – FOTOlar
- Məşhur pediatrın ölüm səbəbi bu imiş
- Türkiyədə keçmiş nazir evində ölü tapıldı - FOTO
- Təbriz Həsənov: “Onlar tamamilə kuboka fokuslanıblar”
- Nəsib Quliyevin öldüyü evin görüntüsü - FOTO
- Cavanşir Məmmədovu bu müğənni əvəz edəcək - FOTO
- Ərdoğan Almaniya Prezidenti ilə görüşdü
- Xalq artistinin pirsinqi - FOTO
- Delimitasiya prosesində vacib məqam... - Elçin Əmirbəyov
- Azad edilmiş ərazilərdə növbəti tələ - VİDEO
- Tanınmış psixoloq yeni işə başladı - VİDEO
- Azərbaycanın keçdiyi inkişaf yolu bir çoxları üçün nümunədir - Sevil Mikayılova
- TƏBİB-dən Nəsib Quliyevin ölümü ilə bağlı - AÇIQLAMA - YENİLƏNİB
- Navalnıya görə işdən çıxarıldı
- Faiq Ağayevə həkimindən sərt QADAĞA
- Xocalıda məxfi xəritələr aşkarlandı
- Komaya düşən qalmaqallı bloqer ÖLDÜ