I Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı təxribat xarakterli kampaniyalar intensivləşməyə başlayıb. Azərbaycanın uğuruna sevinməyən bəzi daxili və xarici qüvvələr ölkəmizi guya nüfuzdan salmaq üçün "hücum taktikası"na keçiblər. Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli mövqeyi ilə seçilən beynəlxalq hüquq müdafiəsi təşkilatları - "Amnesty International", "Human Rights Watch" yenidən ölkəmizi hədəf seçiblər. Avropa ölkələrinə Azərbaycanda keçiriləcək Avropa Oyunlarını boykot etməyə çağıran müraciət yayıblar.
"Amnesty International", "Human Rights Watch" kimi təşkilatlar əsasən Leyla Yunusun irəli sürdüyü uydurma ittihamlar əsasında belə bir müraciətlə çıxış edirlər. Yəni Leyla Yunus belə bir fürsətdən istifadə edərək siyasi baxımdan yararlanmaq istəyir. Daha doğrusu, bugünkü məqamdan sui-istifadə edərək öz reytinqini qaldırmağa çalışır. Düşünürəm ki, bu çağırışlar mənasız sözlərdən başqa bir şey deyil. Hansısa bir ölkə öz idmançılarını medallar qazanmaqdan məhrum edərmi? Əlbəttə, yox!
Belə müraciətlər tarixən olub və heç bir müsbət effekt verməyib. Misal kimi SSRİ vaxtı Moskva və sonradan adekvat olaraq Los-Anceles olimpiadalarını göstərmək olar. Bu da heç bir effekt vermədi və idmanı siyasətə çevirə bilmədilər. Bu müraciətlərin də heç bir effekti olmayacaq.
Azərbaycan yalnız kimlərinsə fikirləri ilə dəyərləndirilmir. Azərbaycan bu gün özünün idman və digər sahələrdə dəst-xətti olan, bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkədir. Bu gün Azərbaycan dünyada neft və qaz ixrac edən dövlət kimi öz mövqeyini nümayiş etdirir. Bundan başqa, "Eurovision" mahnı müsabiqəsinə də ev sahibliyi edib və möhtəşəm nailiyyətlər qazanıb. Tolerantlığı ilə nümunə olmasına baxmayaraq, Azərbaycan müsəlman ölkəsidir və bu ölkənin belə bir nailiyyətləri xristian Avropanı tam qane edə və sevindirə bilməz. Eyni zamanda, erməni faktorunu və onların havadarlarını da bura əlavə etsək, doğrudan da qısqanclığın nədən ibarət olduğunu görərik.
İlin əvvəlindən başlayaraq atəşkəsin pozulması, təxribatlar bu məqsədə xidmət edir. Lakin görəndə ki, cavabları verilir, öz yerlərinə çəkilirlər. Bu qüvvələr, ümumiyyətlə, Cənubi Qafqazda qeyri-stabil vəziyyətin hökm sürdüyünü dünyaya car çəkməyə çalışmaqlarına baxmayaraq, məqsədlərinə nail olmurlar. Buna baxmayaraq, xalqımız hüquq-mühafizə orqanları ilə birlikdə bunun qarşısını almaq istiqamətində əlindən gələni etməlidir.
Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək.
Arzu Nağıyev
Trend - Baş direktorun müavini, siyasi şərhçi
DİGƏR XƏBƏRLƏR
- Sülhməramlılar Azərbaycan ərazilərini niyə vaxtından əvvəl tərk etdi?
- ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırdı
- Qərbin təhlükəli planı: Ermənistana ayrılan 10 mln. avro nəyə sərf olunacaq?
- “Fransa “Böyük Ermənistan”a çevrilib”
- Yeni Kaledoniya Fransa tərəfindən bloklanmış vəziyyətdədir - Senatın üzvü
- "Azərbaycana buna görə təşəkkür edirik"
XƏBƏR LENTİ
- Türkiyədə 5,6 maqnitudalı zəlzələ oldu - dağıntı var - YENİLƏNİB - VİDEO - FOTO
- Ermənistanda xəstəliyi olanlar da orduya çağırılacaq
- “iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq
- Dövlət Departamenti: ABŞ Fələstinin BMT-yə üzv olması ilə bağlı qətnaməni dəstəkləməyəcək
- Şorbaya əvvəlcə nə əlavə etmək lazımdır: Kartof, yoxsa yerkökü?
- Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR - FOTO
- Dünyanın ən cazibədar xokkeyçisindən yeni - FOTO
- Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU
- Hərbi helikopter qəzasında ölkənin baş komandanı öldü - FOTO
- Həddindən artıq duz olan QİDALAR
- AB Rusiyanın pullarını Ukraynaya göndərəcək - Leyen
- “Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi”
- “Avroviziya”da səslənəcək mahnımız yeni versiyada - VİDEO
- Azərbaycan boksçusundan qələbə ilə start
- Almaniya bu şəhərlərə uçuşları qadağan etdi
- Keniyada helikopter qəzası - baş komandan öldü
- Zurabişvili: “Xarici təsir” qanunu bunun qarşısını almaq üçündür
- Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı - "Gördünüzmü?..."
- Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
- “Kicker” “Qarabağ”ın çempionluğundan yazdı
- "Gürcüstan “xarici təsir” qanununu onlardan ilhamlanaraq hazırlayıb"
- Toyda FACİƏ: Gəlinin ürəyi qəfil dayandı
- Yenidən qurulan Qarabağdan son GÖRÜNTÜLƏR - VİDEO
- "Onsuz geyimin gələndə bilinir ki, sən kimsən"