Siyasət

Əli Həsənov: "Ermənistan qeyri-konstruktiv mövqeyini, beynəlxalq hüquq normalarına meydan oxumağı davam etdirir"

2 Mart 2015 11:26
Baxış: 687
"Çox təəssüf edirik ki, Ermənistan qeyri-konstruktiv mövqeyini, beynəlxalq hüquq normalarına meydan oxumağı davam etdirir. Faktiki olaraq beynəlxalq hüquq normalarının bütün prinsiplərini pozur və açıq-aşkar bu mövqeyini dünyaya çatdırır".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Ermənistanın girovlarla bağlı tutduğu mövqeyə münasibət bildirərkən deyib.

Ə.Həsənov bildirib ki, dünyada ikili standartların hökm sürdüyü belə bir zamanda Ermənistanın bu addımları cavabsız qalır: "Amma biz Azərbaycan dövləti olaraq Ermənistanı, o cümlədən onun söykəndiyi, arxalandığı bəzi dairələri xəbərdar edirik ki, bu tipli bəyanatlarla, bu tipli təfəkkürlə, siyasi dünyagörüşü ilə dövlət qurmaq, idarə etmək olmaz. Əgər sözün həqiqi mənasında beynəlxalq hüquq normalarına azca da hörmətlə yanaşırlarsa, heç olmasa öz xalqlarının maraqlarını nəzərə alsınlar. Erməni xalqını öz ekstremist fəaliyyətinin girovuna çevirib, qonşulara ərazi iddiaları üzərində meydan oxumaq bu dövlətin gələcəyini şübhə altına qoyur, sual altına alır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.