Siyasət

BMT bizə nə verdi?

2 Mart 2015 09:56
Baxış: 884
Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 23 il keçir. 1992-ci il martın 2-də BMT Baş assambleyasının 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul edilməsi haqqında qətnamə qəbul olunub.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bundan sonra qurumun Nyu-Yorkdakı iqamətgahı qarşısında Azərbaycan bayrağı qaldırılıb. Həmin il mayın 6-da isə BMT-də Azərbaycan nümayəndəliyi fəaliyyətə başlayıb. Bundan sonra Azərbaycan BMT ilə, habelə təşkilat çərçivəsində hərtərəfli əməkdaşlığa başlayıb.

Azərbaycan BMT platformasından beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışıb. BMT Təhlükəsizik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiqləyərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Azərbaycan ötən il 23 il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.