Siyasət

Cəbhədə təxribatın qarşısı alındı: 6 erməni hərbi qulluqçu məhv edildi

31 Yanvar 2015 17:02
4 Şərh     Baxış: 5 945
Ermənistan silahlı qüvvələrinin təxribat qrupu məhv edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 31-də Silahlı Qüvvələrimizin mövqelərinin və minik avtomobilinin məhv edilməsi barədə verilən məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.

Düşmən tərəfi son vaxtlar cəbhədə canlı qüvvə və texnika baxımından verdiyi ağır itkilərin, o cümlədən yanvarın 29-da məhv edilən pilotsuz uçan aparatın əvəzini çıxmaq məqsədilə heç bir uğurlu cavab tədbiri görə bilməməsi səbəbindən əsası olmayan, uydurma məlumatlar yaymaqla məyus erməni xalqını və əsgərini növbəti dəfə aldatmaqla məşğuldur.

Tam fərqli olaraq, bu gün saat 15 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində düşmən tərəfinin təxribatının qarşısı uğurla alınıb.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı və görülən qabaqlayıcı tədbirlər nəticəsində təxribat törətmək məqsədilə minalanmış sahədən keçid açmağa cəhd göstərən düşmənin 6 nəfərdən ibarət hərbi qulluqçusu tam məhv edilib.

Təəssüflər olsun ki, yanvarın 31-də saat 12.55 radələrində cəbhənin digər istiqamətində, Xocavənd rayonu ərazisində, erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması və düşmən tərəfindən atılan güllənin rikoşet etməsi nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Allahverdiyev Eşqin Rəhim oğlu dayaq məntəqəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Müdafiə Nazirliyi bildirir ki, Ordumuz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir. Silahlı Qüvvələrimizin bölmələri həmişə olduğu kimi düşmənin istənilən hərəkətinin qarşısı qətiyyətlə almağa və onu məhv etməyə hazırdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.