Siyasət

Kirill Koktış: "İlham Əliyevin şərh dili bəzi KİV-lər üçün olduqca mürəkkəb və olduqca çoxmənalı görünə bilər"

31 Yanvar 2015 12:36
Baxış: 735
Milli.Az AzərTAc-a istinadən bildirir ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) siyasi nəzəriyyə kafedrasının dosenti Rusiyanın "Vesti FM" radiosunun efirində çıxış edərək deyib: "Rusiyanın beynəlxalq münasibətlərinin işıqlandırılması ilə məşğul olan Rusiya KİV-ləri bu gün, dünyada baş verən hadisələrə Rusiyanın baxışının tənqidi, hətta müttəfiq dövlətlər tərəfindən də tənqidə məruz qaldığı bir vaxtda RF-yə münasibətdə ardıcıl olaraq xeyirxah mövqedən çıxış edən Azərbaycana və onun prezidenti İlham Əliyevə çoxdan diqqət yetirməli idilər".

Proqramın aparıcısı Georgi Saralidze ekspert ilə söhbətində Azərbaycan Prezidenti İlham Əliyevin Davosdakı çıxışına diqqət yetirib. G. Saralidze deyib: "Ona müxtəlif suallar, o cümlədən Rusiya ilə Ukrayna arasında münasibətlərin pisləşməsi barədə çox mürəkkəb sual verdilər. Ədalət naminə demək lazımdır ki, İlham Əliyev öz cavablarında olduqca korrekt mövqe tuturdu. Bizim kütləvi informasiya vasitələrində bunu eşitməmək mümkün deyildi, hərçənd bu, Rusiyaya münasibətdə çox xeyirxah mövqedir. Başqa ölkələrin rəhbərləri Rusiyaya münasibətdə loyallıq göstərirlər, amma biz bunu vurğulamırıq".

K.Koktış qeyd edib ki, bu sualı Rusiya KİV-lərinin redaksiyalarında çalışan siyasətçilərə vermək lazımdır.

Kirill Koktış deyib: "İlham Heydər oğluna diqqət yetirmək lazımdır. O, uzun müddət MDMBİ-də, mənim doğma ali məktəbimdə dərs deyib və indiyə qədər həmişə ölçülüb-biçilmiş mövqe, məsələyə dərindən yanaşma nümayiş etdirib və güman edirəm ki, bundan sonra da nümayiş etdirəcəkdir. Mən bunu hələ onun MDMBİ-də dərs dediyi vaxtdan xatırlayıram. Mənin fikrimcə, İlham Əliyevin şərh dili bəzi KİV-lər üçün olduqca mürəkkəb və olduqca çoxmənalı görünə bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.