Siyasət

Qırğızıstan səfiri etimadnaməsinin surətini təqdim etdi - FOTO

30 Yanvar 2015 18:29
Baxış: 643

Xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın Azərbaycana yeni təyin olunmuş səfiri Ayciqit Buranovu qəbul edib.
 

Milli.Az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə A.Buranov etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Səfir ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Nazir A.Buranova diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.