Siyasət

Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı Avropa Məhkəməsinə müraciət olundu - YENİLƏNİB

30 Yanvar 2015 12:38
0 Şərh     Baxış: 795
12:38

Trend-in məlumatına görə, konfransda qeyd olunub ki, Həsən Həsənovun qətlə yetirilməsi ilə bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 115-ci (Müharibə qanunlarını və adətlərini pozma) və 116-cı (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) maddələri ilə cinayət işi açılıb.

H.Həsənovun işgəncələr nəticəsində öldürüldüyü sübuta yetirilib. Bu, məhkəmə-tibbi ekspertizanın rəyində də qeyd olunub.

---------
11:59

Ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar Dilqəm Əsgərov, Şahbaz Quliyev Həsən Həsənovla bağlı Avropa Məhkəməsinə ərizə ilə müraciət olunub.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Hüquq İslahatları Mərkəzi" İctimai Birliyinin sədri Anar Bağırov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ərizədə soydaşlarımızın pozulmuş hüquqları sadalanıb: "Onlara qarşı tətbiq olunan işgəncə faktları, qeyri-insani rəftar əlamətlərini əks etdirən fotolar və digər sübutlar ərizəyə əlavə olunub".

Ərizə Avropa Mərkəzinə daxil olub və cavab gözlənilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.