Siyasət

Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verildi

28 Yanvar 2015 18:42
Baxış: 1 235
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən sərəncamı təqdim edir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

Həsənov Vəzir Həsən oğlu - Sumqayıt Baş Gömrük İdarəsinin rəisi

Süleymanov Vurğun Elxan oğlu - Baş Gömrük Mühafizə Xidmətinin rəisi".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.