Siyasət

"Müsavatın bu günə düşməsinin səbəbkarı Arif Hacılıdır"

28 Yanvar 2015 18:25
Baxış: 797
"Azərbaycan Demokratiya və Rifah hərəkatı artıq ölkəmizin on beş rayonunda təsis konfransı keçirib və bir neçəsini də keçirməyi planlaşdırır. Bu ilin fevral ayında hərəkatın təsis konfransı olacağı gözlənilir. Məhz ona görə də, Arif Hacılı narahat olaraq aptaminal sancıya düçar olub".
Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının keçmiş üzvü Səxavət Əlisoy partiya rəhbərliyinin Qubad İbadoğluya qarşı söylədikləri qərəzli fikirlərə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu gün Müsavat Partiyasında populizmi qəbul etməyən, şüarçılıqdan uzaq olan üzvlərin əksəriyyəti sözügedən hərəkatın ətrafında sıx birləşib: "Qubad İbadoğlunun divana çağırılması onu göstərir ki, bunlar partiyanı demokratik üsullarla idarə etmək qabiliyyətində deyil. Bəzi gerizəkalılar fikir azadlığına, söz azadlığına görə insanları divana çağırıb taxt, divan qurmaqla cəzalandırılmalı olmadığını anlamırlar.

Müsavatın bu günə düşməsinin əsas səbəbkarı kimi Arif Hacılını görürəm. Zaman gələndə bu insanın qovulacağına şübhəm yoxdur. Divanı özlərinin bürosu hesab edənlər narazı tərəfləri qəbula çağıraraq xoşlarına gəlməyənləri partiyadan uzaqlaşdırmağa çalışırlar. Hacılı özünü raykom katibi kimi aparır, komsomolları, çətirtutanları isə guya kimlərisə qorxutmaq istəyirlər. Bunlara aptaldan başqa bir ad qoymaq istəməzdim".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.