Siyasət

Prezident İlham Əliyev İranın iqtisadi məsələlər və maliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB - FOTO

28 Yanvar 2015 20:28
Baxış: 657
17:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı nazir Əli Tayebnianın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu və gələcək əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı. İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfər çərçivəsində hər iki ölkənin iş adamlarının iştirakı ilə keçirilən biznes forumun əhəmiyyətini qeyd etdi və forumda səslənən fikirləri iqtisadi sahədə əməkdaşlıq üçün mövcud olan qarşılıqlı marağın ifadəsi kimi dəyərləndirdi.

Nazir Əli Tayebnia İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan və İran prezidentlərinin səyləri sayəsində ikitərəfli münasibətlərimizin inkişafının yeni mərhələyə qədəm qoyduğunu vurğuladı. İranlı nazir azərbaycanlı həmkarları ilə birlikdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəklərini dedi.

Dövlətimizin başçısı Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Milli.Az

----------
20:28

Böyütmək üçün şəkilə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.