Siyasət

Britaniya hökuməti qondarma "Dağlıq Qarabağ respublikası"nı və onun "məhkəmə"sini tanımır

28 Yanvar 2015 15:50
0 Şərh     Baxış: 792
Lord Con Teylor Kilkluninin Böyük Britaniya parlamentində ünvanladığı sualı cavablandıran ölkənin Xarici İşlər Nazirliyinin dövlət məsələləri üzrə naziri Baronessa Anelay bildirib ki, Böyük Britaniya hökuməti qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.

Avropa-Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, Lord Kilkluninin sualı qohumlarının işğal olunmuş Azərbaycan ərazilərindəki məzarlıqlarına baş çəkərkən, Ermənistan silahlı qüvvələri tərəfindən pusquya salınan və girov götürülən iki azərbaycanlı mülki şəxsin - Şahbaz QuliyevDilqəm Əsgərovun taleyi ilə bağlı olub.

"Dağlıq Qarabağ respublikası"nı tanımaması ilə yanaşı, Baronessa Anelay qeyd edib ki, Britaniya hökuməti sualda qeyd edilən məhkəmə icraatının hüquqi bazasını tanımır.

Dövlət məsələləri üzrə nazir Böyük Britaniya hökumətinin iki girovun taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında da qaldırdıqlarını dilə gətirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.