Siyasət

Azərbaycanın Osvensimin azad olunmasının 70 illiyi ilə bağlı anım mərasimində iştirakı yüksək qiymətləndirilir

27 Yanvar 2015 17:32
Baxış: 460
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Osvensimin azad olunmasının 70 illiyinə həsr olunmuş anım mərasimində iştirakı çərçivəsində İsrailin milli infrastruktur, enerji və su təchizatı naziri Silvan Şalon ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasındakı əlaqələrin mövcud inkişafından məmnunluq ifadə olunaraq, iqtisadi əlaqələrin inkişaf etdirilməsi və su təchizatı, səhralaşmanın qarşısının alınması istiqamətində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

S.Şalon Azərbaycanın Osvensimin azad olunmasının 70 illiyinə həsr olunmuş anım mərasimində iştirakının yüksək qiymətləndirildiyini qeyd edərək təşəkkürünü ifadə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.