Siyasət

ATƏT PA təmas xəttində təmkinli olmağa çağırır

26 Yanvar 2015 17:06
0 Şərh     Baxış: 735
"ATƏT-in Parlament Assambleyası Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması ilə əlaqədar narahatlığını bildirərək, tərəfləri maksimum təmkinli olmağa və Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla həllinə sadiq qaldıqlarını nümayiş etdirməyə çağırır".

Bu barədə Trend-ə ATƏT PA-nın Kommunikasiyalar bölməsinin direktoru Riçard Solaş bildirib.

Onun sözlərinə görə, ATƏT-in Parlament Assambleyası dəfələrlə münaqişənin dinc, diplomatik yolla həllinə öz dəstəyini ifadə edib: "ATƏT PA Minsk qrupunun gərginliyin azalması və münaqişənin dinc yolla həlli üzrə səylərini dəstəkləyir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.