Siyasət

ATƏT MQ bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi üzərində işləyir

26 Yanvar 2015 13:36
Baxış: 561
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə tərəflərlə ən yüksək səviyyədə işləməyi vəd edirlər. Bu barədə bazar ertəsi Trend-ə ATƏT MQ-nin Amerikadan olan həmsədri Ceyms Uorlik bildirib.

Amerikalı həmsədr hesab edir ki, münaqişənin hərbi yolla həlli yoxdur: "Davamlı sülhə aparan yol danışıqlar masasında tapıla bilər və tapılmalıdır. Tezliklə biz Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirəcəyik, biz həmçinin bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi üzərində işləyirik".

Uorlik hər iki dövlət başçısının dialoqu davam etdirmək üçün Paris zirvə toplantısında verilən vədlərə əməl edəcəklərinə ümidini ifadə edib: "Zorakılığın bərpası uğur deyil. Biz qoşunların təmas xəttindəki hərbi əməliyyatlar və onların nəticəsində baş verən itkilər haqqında məruzələrlə tanış olmuşuq. Bunlar sabitliyi pozan hərəkətlərdir və yalnız daha böyük zorakılıqlara aparıb çıxaracaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.