Siyasət

II Bakı Türkoloji Qurultayının yenidən keçirilməsi təklif edilir

19 Dekabr 2014 16:47
Baxış: 596

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev II Bakı Türkoloji Qurultayının 2016-cı ildə Bakıda keçirilməsini təklif edib.
 

Milli.Az Trend-ə istinadən xəbər verir ki, T.Hacıyev Azərbaycan Alimlərinin Birinci Qurultayında çıxışı zamanı deyib ki, ilk Türkoloji Qurultay XX əsrin əvvəllərində keçirilib. Bu qurultayın yenidən keçirilməsini vacib sayan alim qeyd edib ki, Sovet dövründəki antimilli qüvvələr hələ də tükənməyib, onlar bu gün də milli tariximizə zərbə vurmaqda davam edirlər.
 

Belə qüvvələrə qarşı mübarizəni davam etdirməyi zəruri sayan T.Hacıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan yazılı ədəbiyyatı ilə bağlı verdiyi tapşırıqlar, bu istiqamətdə imzalanan fərmanlar bəzi mübahisəli məqamlara son qoyulmasında mühüm rol oynayıb: "Türkiyənin Dədə Qorqudşunasları deyirdilər ki, Dədə Qorqudun tarixi 16-cı əsrdən o yana getmir. Ancaq Heydər Əliyev "Kitabi-Dədə Qorqud"un 1300 illiyinin keçirilməsi ilə bağlı fərman verdi və bu yubiley keçirildi. Bununla bağlı bir çox tədqiqatlar aparıldı, kitablar nəşr edildi. YUNESKO da bunu qəbul etdi və bununla da Azərbaycan yazılı ədəbiyyatının tarixinin 7-ci əsrə gedib çıxdığı öz təsdiqini tapdı".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.