"Sivilizasiyaların qovşağında yerləşən qədim mədəniyyət mərkəzi Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri vardır. Xalqımızın dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi mütəfəkkir alimlər antik dövrün elmi nailiyyətlərinin Avropaya çatdırılmasında özünəməxsus rol oynamış, mədəniyyətlərarası dialoqun qurulması, bəşər və dövr arasında mədəni-elmi varislik ənənələrinin qorunub saxlanması işinə misilsiz töhfələr vermişlər".
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan Alimlərinin I Qurultayının iştirakçılarına müraciətində deyib. Müraciətin mətnini Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub. Dövlət başçısı bildirib: "Hörmətli qurultay iştirakçıları! Sizi Azərbaycan Alimlərinin I Qurultayının işə başlaması münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, ölkəmizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram!" Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan alimlərinin yüzillər boyu dəyərini itirməyən əsərləri bəşəriyyətin intellektual inkişafına xidmətin parlaq nümunəsidir. Dövlət başçısının sözlərinə görə, elmimizin tarixində 20-ci əsr taleyüklü hadisələrlə zəngin olub: "Milli Elmlər Akademiyasının, universitetlərin və digər elmi qurumların təşkili Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasına əlverişli zəmin yaratmışdır.
Elm müasir cəmiyyət quruculuğunu təmin edən əsas amil kimi bu gün də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir. Qurultayınız ölkəmizdə sosial-iqtisadi, mədəni-mənəvi tərəqqi istiqamətində quruculuq işlərinin müvəffəqiyyətlə aparıldığı dövrə təsadüf edir. İnanıram ki, bu ilk məclisiniz qloballaşma dövrünün yeni-yeni çağırışlarına cavablar axtaracaq və milli-elmi potensialımız ölkənin dinamik yüksəlişi naminə yeni innovativ prinsiplər əsasında sərhədlər qurulması naminə mühüm addım təşkil edəcəkdir".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məsələlərimizdən biridir:
"Bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edərək Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr irəli sürür. Əminəm ki, ilk qurultayınızda bununla əlaqədar səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, respublikamızın gələcəyi baxımından böyük əhəmiyyətə malik fəaliyyət proqramı qəbul olunacaqdır".
Milli.Az
Siyasət
Prezident İlham Əliyev: "Azərbaycanda biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması yaxın perspektiv üçün başlıca strateji məsələlərdəndir"
19 Dekabr 2014 12:25
Baxış: 742
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- İrəvan Bakıya 2 ay vədi verdi və vədi pozdu - Lavrov
- Sabirabadda avtomobil at arabasına çırpılıb, xəsarət alanlar var
- Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
- Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb - FOTO
- Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb - FOTO
- Azərbaycanlı müğənni ikinci dəfə ailə qurur - FOTO
- "Biz Rusiyaya inandıq, amma..." - Simonyan
- Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq - FOTO
- Almaz Ələsgərli qızı ilə İspaniyada - FOTO
- "Kuş uçuşu" nə vaxt başlayır?
- "Titanik" filmindəki qapı satıldı - FOTO
- Uzunömürlülüyün sirri: hər dərdin çarəsi...
- ABŞ administrasiyası Qəzzada təhlükəsizliyin təmin edilməsi perspektivlərini müzakirə edir
- Beyin üçün koronavirusdan təhlükəli olan infeksiya açıqlanıb
- ABŞ ordusu ildə 72 qırıcı alacağına qayıtmağa ümid edir
- Çingizin ifasına hindlilərin reaksiyası - VİDEO
- Lunyov Bakıda nə qədər xərcləyir?
- Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
- Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOlar
- İdrak Camalbəyli vəfat etdi - FOTO
- “Arsenal” olmasa, “Barselona”
- 2024-cü ilin ən dəbli 5 saç düzümü
- İnternetdə tomat haqqında rəy yazan qadın həbs edilə bilər - FOTO
- İspanağın əvəzolunmaz faydaları - FOTO