Siyasət

Qaradərili insanın öldürülməsi insan hüquqlarının pozulması deyil?

18 Dekabr 2014 18:56
Baxış: 618

Azərbaycanlı deputatdan rəsmi Vaşinqtona cavab

"ABŞ rəsmiləri danışırlar, özlərini demokratiyanın beşiyi, söz, fikir azadlığının carçısı adlandırırlar. Ancaq bunların hamısı bir pərdədir, onlar bu pərdə arxasında zor tətbiq edirlər, demokratiyadan təsir vasitəsi kimi istifadə edirlər". Milli.Az xəbər verir ki, bunu Trend-ə millət vəkili Tahir Rzayev ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tom Malinovskinin Azərbaycanla bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib.

T.Rzayev bildirib ki, yaxşı olardı ki, hər bir ölkə öz daxilində olan hadisələrə nəzər salsın: "Nəzər salsın ki, öz daxilində hansı problemlər var, insan haqları necə qorunur. Nəinki ABŞ-da, eləcə də insan azadlıqlarından, mətbuat və söz azadlığından danışan ölkələrin hamısında antidemokratik hərəkətlərə yol verilir. Son bir neçə gündür ki, ABŞ-da nümayişlər səngimək bilmir. Elə bil burada qaradərili insanın öldürülməsi insan hüquqlarının pozulması deyil, sanki qaradərili insanın öldürülməsinə təbii baxırlar".

Millət vəkili ABŞ-da baş verən hadisələrə diqqət çəkib: "Küçənin ortasında uşaq güllələndi, qaradərili bir gənc boğulub öldürüldü, digər bir jurnalist pis vəziyyətə salındı. ABŞ bunu görmür, amma gəlib bizə deyir ki, niyə Xədicə İsmayılı tutmusunuz, Leyla Yunus niyə həbsdədir? Adama deyərlər ki, sən hələ öz ölkəndə vəziyyəti düzəlt, o insanların hüquqlarını qoru, ondan sonra gəl mənə yol göstər".

O, qeyd edib ki, ABŞ-ın müdafiə etdiyi Leyla Yunus, Xədicə İsmayıl peşə fəaliyyətinə görə həbs edilməyiblər: "Onlar konkret cinayət əməllərinə görə həbs ediliblər. Hər bir kəs peşəsindən asılı olmayaraq qanun qarşısında cavabdehdir. İkinci bir tərəfdən, onlar haqqında hələ hökm verilməyib. Hələ istintaq gedir. Ola bilsin ki, cəzaları az olacaq deyə, günahları olmayacaqsa, sabah buraxılacaqlar. Bu məsələnin ABŞ və digər Avropa dövlətləri tərəfindən bu qədər şişirdilməsi başa düşülən deyil".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.