Siyasət

"Müsavatın sonuncu mitinqi partiyanın indiyə qədər keçirdiyi mitinqlər içində ən zəifi idi"

18 Dekabr 2014 12:05
Baxış: 591
"Müsavat kimi böyük bir partiyanın bu cür azsaylı mitinq keçirməsi təəssüf hissi doğurur. Səhv etmirəmsə, bu, Müsavat Partiyasının keçirdiyi mitinqlər içərisində say, vaxt və əhval-ruhiyyə baxımından ən zəifi idi".

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis üzvü Vurğun Əyyub partiyanın dekabrın 14-də keçirdiyi mitinqə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, mitinqin təşkilində də qüsurlar olub və təşkilatçılar bu barədə ciddi düşünməlidirlər. V. Əyyub mitinqin zəif keçməsinə partiyadakı narazılıqların da təsir etdiyini vurğulayıb: "Mən mitinqdəki vəziyyətin müzakirə edilərək, bir nəticəyə gəlinməsinin tərəfdarıyam. Təbii ki, ilk baxışda görünən odur ki, partiya daxilində ciddi narazılıqların olması mitinqin əhval-ruhiyyəsinə də təsir edib. Ancaq səbəblər yalnız bu deyil".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.