Siyasət

Müsavatda daha bir sədr istefası:"Partiyanı Arif Hacılıya qurban verdilər"

25 Noyabr 2014 19:30
Baxış: 957
Müsavat Partiyasının Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyev partiyadan istefa verib. Bu barədə APA-ya R.Əliyev özü məlumat verib. O, istefasının səbəbini partiyada yaranmış vəziyyət və Arif Hacılının verdiyi qərarlarla əlaqələndirib:

"Hikmət Hacızadənin olmadığı yerdə mən necə qala bilərəm? Bezmişəm artıq. Müsavatı Arif Hacılıya qurban verdilər".

Qeyd edək ki, Müsavatın Bakı şəhər Suraxanı rayon təşkilatının fəallarından Faiq Nağıyev də partiya daxilində yaranmış vəziyyətlə əlaqədar partiyadan istefa verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.