Siyasət

Azərbaycan 10 helikopter aldı

25 Noyabr 2014 12:22
1 Şərh     Baxış: 1 161
İtaliyanın "AgustaWestland" şirkəti Azərbaycanın sifariş verdiyi AW-139 və AW-189 markalı helikopterlərin ölkəyə çatdırılması prosesini yekunlaşdırıb.

Bu barədə APA-ya "AgustaWestland" şirkətindən məlumat verilib.

Müqavilə çərçivəsində Azərbaycan 8 ədəd AW-139, 2 ədəd AW-189 tipli helikopter alıb. Müqavilənin dəyəri 115 milyon avro təşkil edib.

Helikopterlər hər cür hava şəraitində fəaliyyət göstərə bilir. Axtarış-xilasetmə (SAR) missiyaları üçün nəzərdə tutulan helikopterlər pis hava şəraitində və gecə vaxtı uçuş-axtarış imkanları verən gecəgörmə sistemi və FLİR kamerayla təchiz olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.