Siyasət

“Düşüncə” İB beynəlxalq təşkilatların Türkiyəyə qarşı Ermənistanla sərhədin açılmasına yönəlik təzyiqini pisləyib

23 Noyabr 2014 13:29
Baxış: 779
"Türkiyədə son vaxtlar Ermənistanla sərhədin açılmasına yönəlik çağırışlar, tədbirlərin keçirilməsi yolverilməzdir". Trend-in məlumatına görə, bu barədə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin Ankara Universiteti ilə "Hrant Dink Fondu"nun "Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi" adlı konfransın keçirilməsinə etiraz olaraq qəbul etdiyi bəyanatda qeyd olunub.

"Düşüncə" İB hesab edir ki, Türkiyəyə qarşı torpaq iddiası ilə çıxış edən, Azərbaycanın 20 faiz torpağını işğal altında saxlayan Ermənistanla sərhədin açılması əks effekt verər, regionda vəziyyəti daha da gərginləşdirə bilər.

Bəyanatda qeyd olunur ki, əgər Türkiyə Ermənistanla sərhədi Azərbaycana qarşı işğalçılıq siyasətinə görə bağlamışdısa, demək, sərhədlər işğal olunmuş torpaqlar azad olunduğu halda açıla bilər.

"Düşüncə" İB bəyanatda bəzi xarici dövlətlərin, beynəlxalq təşkilatların Türkiyəyə qarşı Ermənistanla sərhədin açılmasına yönəlik təzyiqini də pisləyib və hesab edir ki, bu qüvvələr öz fəaliyyətlərini Ermənistanın işğalçılıq siyasətindən çəkindirməyə yönəltməlidirlər.
 

"Düşüncə" İB birliyi Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını, ictimai birliklərini Türkiyənin Ermənistanla sərhədləri açmaq cəhdlərinə qarşı çıxmağa çağırıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.