Siyasət

Dubayda qadın satana vəzifə veriləndə susurlarsa…

28 Noyabr 2014 00:10
2 Şərh     Baxış: 4 008

Yerevanda çıxan "Joxovurd" qəzetinin yazdığına görə, Ermənistanda yiyəsiz qalmış 27 min hektarlıq suvarılan torpaqlar var.
 

Hakimiyyət bunu indiyədək etiraf etmirdi. Amma baş nazir Ovik Abramyan əkilib-biçilməyən torpaq sahələri ilə bağlı işçi qrupun yaradılmasına göstəriş verəndə cidanı bundan sonra da çuvalda gizlətmək mənasız oldu.
 

Qrupun rəhbəri, Kənd Təsərrüfatı Nazirliyinin meliorasiya və torpaq istifadəsi idarəsinin rəhbəri Artur Baqdasaryana həmin torpaqlardan indiyədək nə üçün istifadə olunmadığının səbəblərini araşdırmaq tapşırılıb.
 

Baqdasaryan işə başlayıb və ona əlavə olaraq tapşırılıb ki, səbəblərinin araşdırılmasının nəticələri ilə bahəm, problemin həll yollarının göstərildiyi hesabatı baş nazirə 2015-ci ilin martın 2-dək təqdim etsin.
 

Cənab Baqdasaryanın Ermənistan prezidenti Serj Sarkisyanın uzaq qohumu olduğunu nəzərə alsaq, onun intellektual qabiliyyətlərinin səviyyəsini təxminləmək asandır.
 

"Santexnik prezident"in iqtidarında vəzifə təyinatlarının traybalizm, yəni qohumbazlıq və tayfa mənsubiyyəti, sədaqət prinsipləri əsasında həyata keçirildiyi bəlli.
 

Belə durumda məmurlardan tələb olunan düşünmək yox, "yuxarı"dakıların düşüncələri ilə qərarlarını həyata keçirməkdir.
 

"Ağa deyib sür dərəyə - sür!" məntiqini yaşam qanunu təki həzm etmiş adama verilmiş əmrin gələn ilin martında yerinə yetirilib bitəcəyini gözləməyə hövsələsi olmayanlar nələr yazılacağını, baş nazirə hansı hesabat veriləcəyini asanlıqla təxminləyə bilərlər.
 

Məsələn, kənd təsərrüfatı texnikası çatışmayıb, traktorların təkərləri boşalıb, tarlalar təpələrin arxasında qaldığından nəzərdən qaçıb, yaxud da təsərrüfatlar bilərəkdən bu əraziləri suvararaq ehtiyatda saxlayıblar ki, sonradan zərurət yarananda şumlasınlar, əksinlər və biçsinlər.
 

Şübhəsiz, belə absurd səbəblərin bir neçəsi hesabatda yer alacaq.
 

Gerçəkdən başqa.
 

Əsl səbəb odur ki, Ermənistanda mühacirət dalğası artır, kəndlər boşalır və vəziyyət o yerə çatıb ki, yüzlərlə kənddə toplam olaraq yüzlərlə kişi qalmayıb.
 

Kişi dedikdə mənəvi-etik kriterilər yox, sırf cinsi mənsubiyyət nəzərdə tutulur və erməni kəndlərində də sənədlərdə "kişi" yazılan adamların sayı azaldığından şumlanmayan, əkilməyən torpaqların sayı artır.
 

Bəlli, torpaq əkilməyəndə onu qorumağa dəyməz, qorumayanda da əkməyə və biçməyə.
 

Ermənistan əsrlər əvvəl oralara köçürülmüş, əsilləri Hindistanın qərbində olan "hay" qaraçı tayfalarından birinin törəmələrinin yaşadıqları ərazi olduğundan oradakı insanlar hələ də nə millət, torpaqları da dövlət ola bilməyib.
 

Vəsilələr az deyil və onların arasında ən başlıcası indiki Ermənistanın bir zamanlar azərbaycanlıların yurd yeri olmasıdır. İrəvan xanlığının torpaqlarında süni yaradılmış bu dövlətdə torpaq, sadəcə, ərazi sayıldığından vətənpərvərlik, yurd sevgisi yoxdur.
 

Olan xəstəlik halına çatdırılmış millətçilik, siyasətçilər və rəhbərlər sarıdan bəxtsizlik, ümummilli ideyanın şovinizmlə əvəzlənməsi, dəyərlərin tənəzzülə uğrayaraq mənəviyyatsızlığın dəyərsizlik həddinə çatdırılması, problemlərin sayının çoxluğunun kütləvi apatiya və bədbinlik yaratmasıdır.
 

Belədirsə, ermənilər yaşadıqları yerin harasındasa 27 min hektar torpağın əkilməməsindən niyə rahat olmalıdırlar ki.
 

Hakimiyyət oğrular, dövlət büdcəsini mənimsəyənlər, vətəndaşın maliyyə vəsaitlərini öz pulları sayanlardan və dövlətin maraqlarını ucuza satanlardan, həm də yalan danışmağı peşə edənlərdən ibarətdirsə, durum "normal"dır.
 

Məsələn, Ermənistandakı "Haykakan Jamanak" qəzeti yazır ki, Vayotszorun yeni qubernatoru Harutyun Sarqsyan ölkə parlamentinin Yüksək Rütbəli Vəzifəli şəxslərin etikası komissiyasına gəlirləri ilə bağlı bəyənnamə təqdim edib.
 

Sənədə görə, yeni qubernatorun 3 torpaq sahəsi, 1 evi və qarajı, "Mitsubishi Pajero" markalı avtomobili var. Adamın illik gəliri 2 milyon dramlıq maaşmış, üstəlik, heç bir başqa əmlakı, maliyyə vəsaiti, qiymətli kağızları və s. yoxmuş.
 

H.Sarqsyan onu da yazıb ki, "vur-tut" Zaritap kəndində şirə və "soyuq qəhvə" istehsalı ilə məşğul olan "Pşonk" şirkətinin sahibidir.
 

Həqiqət yenə fərqlidir.
 

Harutyun Sarqsyan tək "Pşonk" yox, Ermənistanın 7 şəhərində 26 filialı olan böyük ticarət holdinqinin, iki tikinti şirkətinin, 4 supermarketin, 2 yanacaqdoldurma stansiyasının, Yerevanda onlarla kafe, restoran və barın sahibidir.
 

Onu yerevanlılar "barlar kralı" adlandırırlar və deyirlər ki, Türkiyə ilə Birləşmiş Ərəb Əmirliklərinə erməni qadınları fahişəliyə yollayıb orada bədənlərini satan "haxçik"lərə "hami"lik edənlərdən biri də elə H.Sarqsyandır.
 

Vayotszorun qubernatoru belə naqis əməlləri olan yeganə məmur sayılsaydı, kütləvi etirazlar başlar, mitinqlər keçirilər, təyinatın ləğvi tələb olunardı.
 

Amma Ermənistanı idarə edən hakimiyyətdə təmsil olunan məmurların istisnasız olaraq hamısı həm də biznesmenliklə məşğul olurlar və bu adamların arasında əxlaqsızlıq, ləqayətsizlik kimi dəyərləndirəcək əməllərlə pul qazananlar da heç az deyil.
 

Orası Ermənistandır: santexnik prezidentin idarə etdiyi bihudə ölkə...
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.