Siyasət

Deputat girovun evində - FOTO

31 Oktyabr 2014 15:55
0 Şərh     Baxış: 1 026

Aydın Mirzəzadə Şahbaz Quliyevin ailəsinə baş çəkib

Millət vəkili Aydın Mirzəzadə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ailəsinə baş çəkib.

Anspress-in məlumatına görə, deputat bu barədə sosial şəbəkədə məlumat yayıb. Aydın Mirzəzadə qeyd edib ki, Şahbazın evinə yaxın qohumu Ramizlə birlikdə gedib:

"Şahbazın öz evi yoxdur, ailəsi kirayədə yaşayır. Evin şəraitindən zəhmətkeş ailəsi olduğu görünür. Şahbaz uzun müddət Rusiyada yaşayıb, gec ailə qurub, indi yoldaşı və qızı Elza onun yolunu gözləyirlər. Torpağa çox bağlı bir insan olduğunu söylədilər, qorxmaz, cəsarətli bir insandır. Evdə hara getdiyindən xəbərləri olmayıb.
Ailə ilə yaxın qohumları yaxından maraqlanırlar. Şahbazın anası və qızının bu günlərə qədər onun taleyindən xəbərləri olmayıb.
Baş nazirin müavini, "Qaçqınkom"un sədri Əli Həsənovun ailə ilə daima maraqlandığını söyləyiblər".

Deputat girovun həyat yoldaşına və qohumuna Şahbaz Quliyev, Dilqəm Həsənovun taleyi ilə hər kəsin maraqlandığını və Azərbaycan dövlətinin öz oğluna sahib çıxdığını söyləyib:

"Ailə üzvləri onun üzərində qurulmuş saxta məhkəmədən narahat olduqlarını bildirdilər. Girovların ailələri Şahbazın həyat yoldaşı və Dilqəm Əsgərovun Rusiya vətəndaşları olmasına baxmayaraq Rusiyanın onların taleyi ilə maraqlanmadığını da dilə gətiriblər. Ailə üzvləri Şahbaz və Dilqəmin sağlığından ciddi narahat olduqlarını da bildiriblər. Hadisə baş verənə qədər 140 kiloqram çəkisi olan Şahbazın "məhkəmə" görüntüləri onlara normal baxmadıqlarından xəbər verir".

Millət vəkili Şahbazın ailəsinə onun tezliklə vətənə qayıdacağına inandığını və gələn dəfə artıq onunla görüşə gələcəyini bildirib.

Deputat Şahbaz Quliyevin qızı ilə şəklini də paylaşıb.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.