Siyasət

Mərkəzi Bankdan "MasterCard"ın yalnışına reaksiya - YENİLƏNİB - FOTO

31 Oktyabr 2014 17:41
0 Şərh     Baxış: 1 629
17:41

"Cari ilin əvvəlində "MasterCard Worldwide" təşkilatının veb səhifəsində Dağlıq Qarabağ ərazilərinin Ermənistanın daxilində göstərilməsi Azərbaycan Mərkəzi Bankı tərəfindən aşkar olunaraq təşkilatın rəhbərliyinə ciddi irad bildirilib və qısa zaman ərzində anlaşılmazlıq aradan qaldırılıb".
 

Bu barədə Trend-ə "MasterCard" Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi göstərir. Mərkəzi Bank bundan xəbərdardırmı? Əgər xəbərdardırsa, indiyədək bunun qarşısı niyə alınmayıb?" suala cavabda Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, təşkilat tərəfindən verilən məlumata görə hazırda bu məsələ texniki səbəblərə görə yaranmış və Mərkəzi Bankın növbəti müraciəti əsasında artıq aradan qaldırılıb:

"Ümumiyyətlə, Mərkəzi Bank tərəfindən "MasterCard"a hər hansı etiraz göndərilibmi? Əgər indiyədək etiraz edilməyibsə, bundan sonra hansı addımlar atacaqsınız?" suala cavabda isə bankdan bildiriblər ki, ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ ərazilərində aparılan qanunsuz maliyyə əməliyyatları ilə bağlı məsələlər mütəmadi olaraq Mərkəzi Bankın diqqət mərkəzindədir: "Belə ki, son illərdə Azərbaycanda fəaliyyət göstərən bir sıra pulköçürmə təşkilatlarının Mərkəzi Bankın icazəsi olmadan, həmçinin Qarabağda fəaliyyət göstərməsi aşkar olunaraq qarşısı alınıb. Eyni zamanda, bu istiqamətdə "VISA Inc." və "MasterCard Worldwide" beynəlxalq kart təşkilatlarına da rəsmi müraciət olunub və məsələnin ciddi nəzarət altında saxlanılması tapşırılıb".


----------
15:43

"MasterCard" beynəlxalq ödəniş sistemi rəsmi saytında Azərbaycanla bağlı yol verdiyi yanlışlığı artıq aradan qaldırıb


APA xəbər verir ki, şirkət rəsmi saytında yer alan "ATM Locator" (ATM-lərin yerləşməsi) bölməsində Azərbaycanın işğal altında olan ərazilərinin "Ermənistan" bölməsində göstərilməsi ilə bağlı yanlışlığa yol vermişdi. Bu gündən etibarən isə "ATM Locator" bölməsində Ermənistan üzrə axtarış verərkən "Stepanakert" (Xankəndi), "Shushi" (Şuşa) və s. şəhərləri tapmaq mümkün deyil.

Lakin şirkətin rəsmi saytında işğal altında olan Azərbaycan ərazilərində göstərilən xidmətin dayandırılıb-dayandırılmadığı barədə hər hansı qeyd yoxdur. Bu səbəbdən də "MasterCard"ın Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində rəsmi Bakının icazəsi olmadan fəaliyyət göstərməkdə davam edib-etmədiyi barədə sual hələlik cavabsız qalır.

Xatırladaq ki, məsələyə münasibət bildirən Azərbaycan XİN bildirib ki, "MasterCard"ın Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.

Bundan başqa, bu gün ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatı "ABŞ Azərbaycanlıları Şəbəkəsi" (USAN) "MasterCard" beynəlxalq ödəniş sisteminin rəsmi səhifəsində Azərbaycanın işğal altında olan torpaqlarının Ermənistan ərazisi kimi təqdim olunmasına qarşı hər bir kəsi etirazını bildirməyə çağırıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.