Siyasət

Sahib Məmmədov: "Kimlərəsə işçi qrupunun bəzəkli siyahısı lazımdır"

31 Oktyabr 2014 13:37
Baxış: 644
"İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun fəaliyyətinin bərpa edilməsinin misli görünməmiş basqılarla üzləşəcəyini əvvəlcədən bilirdik". Trend-in məlumatına görə, bu barədə İşçi Qrupunun üzvü Sahib Məmmədov qrupun jurnalistlərlə görüşündə deyib.

S.Məmmədov qeyd edib ki, 2005-ci ildə də belə olmuşdu: "2005-ci ildəki təcrübədən çıxış edərək işçi qrupuna münasibətin daha da aqressiv olacağını gözləyirdik. Bunun səbəbi odur ki, kimlərəsə siyahının başında çox məşhur adamlar lazımdır və "bəzək yaradan" insanların azadlıqda olması məqsədəuyğun deyil. Amma bu, bizim üçün belə deyil, biz hesab edirik ki, belə siyahılar ümumiyyətlə olmamalıdır, istəmirik ki, həmin adamlar siyahılarda olsunlar. Bizim kolleqalarımız azadlıqda olmalıdırlar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.