Siyasət

"Müsavatın qərargahı Arif Hacılının dəstəsi tərəfindən "zəbt" olunub"

31 Oktyabr 2014 13:25
Baxış: 704
"Vurğun Əyyub Müsavat Partiyasının qurultayının legitimliyini tanımadığı üçün partiyanın qərargahına getmir". Bunu SİA-ya Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət Əlisoy Vurğun Əyyub, Qubad İbadoğlu və Tural Abbaslının müxalifətdaxili çıxışlarını artıq çayxanalarda müzakirə etməsinə münasibət bildirərkən deyib.

Səxavət Əlisoyun sözlərinə görə, ümumiyyətlə Vurğun Əyyub, Qubad İbadoğlu və Tural Abbaslının müxalifətdaxili çıxışları çayxanalarda deyil, Müsavat Partiyasının qərargahında davam etməli idi: "Bu gün Müsavatın qərargahı Arif Hacılının dəstəsi tərəfindən "zəbt" olunub. Düşünürəm ki, çayxanada bu məsələlərin müzakirəsi mümkün deyil. Burada yalnız söhbətə müdaxilələr mümkündür. Bununla belə, gizliliyin qorunması üçün müxalifətdaxili məsələlərin çayxanalarda və yaxud hər hansı bir süfrə arxasında müzakirəsi də mümkündür. İndiki vəziyyətdə bunun baş verməsinə çox təbii baxıram".

Keçmiş namizəd Vurğun Əyyub və Qubad İbadoğlunun Müsavatın Məclisini boykot etməsi məsələsinə də toxunaraq deyib ki, artıq ötən gün bu məsələyə Mərkəzi Nəzarət Təftiş Komissiyası cavab verib: "Bu cavab noyabrın 8-də Müsavat Partiyasının qərargahında müzakirə olunacaq. Burada artıq narazı olanların hansı addım atacaqları məlum olacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.