Kobanidəki son hadisələr Suriya böhranının sadəcə bir hissəsidir. Bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun Trend-ə Suriyada baş verən son hadisələri şərh edərkən bildirib.
O qeyd edib ki, Kobani şəhərində baş verən qanlı toqquşmalar dünyanın diqqət yetirməli olduğu aktual problemdir: "Suriyada ölən 300 min insanın fonunda Kobani hadisələri münaqişənin son həddidir. Ən azından, bu hazırda belədir, gələcəkdə isə nələrin olacağını söyləmək çətindir".
Səfir əlavə edib ki, Kobanidəki toqquşmalar 300 min insanın qətli ilə nəticələnən qanlı münaqişənin sadəcə bir hissəsidir.
İ.A.Coşqun deyib ki, ortaya belə bir sual çıxır: maraqlıdır, nə üçün bu vaxta qədər beynəlxalq ictimaiyyət Suriyada baş verən toqquşmalara biganə idi və nə üçün Kobani gündəmə gəldiyi zaman hərəkət etmək qərarı alındı?
Diplomatın sözlərinə görə, Türkiyə 3-4 il bundan əvvəl beynəlxalq ictimaiyyətə müraciətində bildirmişdi ki, "Azad Suriya Ordusu"na dəstək verilmədiyi təqdirdə yarana biləcək boşluğu radikal ünsürlər dolduracaq və hakimiyyətin qəddarlığı nəticəsində xalqın çarəsiz qalacaq: "Təəssüf olsun ki, Ankaranın bu xəbərdarlığına məhəl qoymaq əvəzinə, Türkiyədən Suriyaya radikal ünsürlərin keçməsi haqqında əsassız xəbərlər yayılmağa başladı".
Səfir bildirib ki, dünyada heç kim Suriyada baş verən böhranın asan bir şəkildə həll ediləcəyinə inanmır, çünki ortada çox qarışıq və ağır vəziyyət olmaqla yanaşı, bir xaos hökm sürür.
İ.A.Coşqun qeyd edib ki, Suriya böhranı meydana gəldiyi andan etibarən Türkiyə həm diplomatik, həm də humanitar baxımdan əlindən gələni etməyə çalışıb: "Hazırda Türkiyədə 1 milyon 600 minə yaxın suriyalı qaçqın var və Türkiyə öz imkanları və daxili vəsaiti hesabına qaçqınların yaşaması üçün şərait yaradıb".
Onun sözlərinə, bu vaxta qədər Türkiyə suriyalı qaçqınlara 4 milyard dollardan çox vəsait xərcləyib və onların yaşayışının təmin edilməsi üçün hökumət tərəfindən müxtəlif tədbirlər həyata keçirilməkdədir".
Suriya böhranının siyasi hissəsinə gəlincə isə diplomat qeyd edib ki, baş nazir Əhməd Davudoğlu şəxsən Suriya hakimiyyətini dəfələrlə doğru addımlar atmağa çağırıb: "Təəssüf olsun ki, Suriyada demokratiya anlayışının ümumiyyətlə olmaması ilə yanaşı, hakimiyyətin də xalqın tələblərinə səs vermək kimi refleksi yoxdur. Nəticə isə göz qabağındadır".
Milli.Az
Siyasət
Kobanidəki son hadisələr Suriya böhranının sadəcə bir hissəsidir
31 Oktyabr 2014 10:14
Baxış: 826
DİGƏR XƏBƏRLƏR
- Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollaradək artıb
- İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur
- Prezident: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir
- İlham Əliyev qırğızıstanlı həmkarını COP29-a dəvət edib
- Prezident: Bu səfər iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
- Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
XƏBƏR LENTİ
- Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
- Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
- Türkiyənin Qırğızısıtana sement məhsulları ixracının həcmi açıqlanıb
- Fransanın məşhur klubu Zubiri transfer etmək istəyir
- Bahar ona borc verməyən həmkarına efirdə QARĞIŞ ETDİ – VİDEO
- Məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - VİDEO
- Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollaradək artıb
- FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
- İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur
- “Ayağıma geyindiyim corabı unudub, yarım saat axtarırdım”
- Vardanyandan “sülh quşu” yaratmaq cəhdi - Separatçı milyarderin sərvəti uğrunda mübarizə
- “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı
- Prezident: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir
- Cingiz Əhmədovu İNCİDƏN SƏBƏB: "Rejissorlar məni..."
- Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
- Karlos Tevez xəstəxanaya yerləşdirildi
- İlham Əliyev qırğızıstanlı həmkarını COP29-a dəvət edib
- Tanınmış həkimin meyiti tapıldı
- Prezident: Bu səfər iki ölkə arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək
- “Aygün Bəylərin səsini eşidəndə pis oluram” - VİDEO
- Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
- Bakıda yeni metro stansiyası bu tarixdə açılacaq - FOTO
- İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk
- Şuşa Qarabağda elektrik avtobuslarının işləyəcəyi ilk şəhər olacaq