Siyasət

USAID: Azərbaycanın işğal edilmiş əraziləri 2016-cı ilə minalardan təmizlənəcək

30 Oktyabr 2014 18:17
Baxış: 611

Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda müharibədən qalmış minaların zərərsizləşdirilməsi üzrə proqram 2016-cı ilə tam reallaşdırılacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Yerevan ofisinin direktoru Karen Hilliard deyib.
 

Onun sözlərinə görə, minalardan təmizlənmə ilə məşğul olan "Halo Trust" şirkətinin ayırdığı 5 milyon dollar dəyərindəki qrant çərçivəsində 2016-cı ilə Dağlıq Qarabağın bütün ərazisi minalardan təmizlənəcək: "Dağlıq Qarabağda USAID-in maliyyələşdirilməsi ilə minalardan təmizlənmə üzrə proqram davam edir. 2000-ci ildən etibarən 251 sahədə işlər aparılıb, nəticədə təqribən 27 min hektar torpaq sahəsi kənd təsərrüfatı üçün yararlı olub".
 

"Halo Trust" Dağlıq Qarabağda fəaliyyəti ərzində 67 mindən çox minanı zərərsizləşdirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.