Siyasət

Prezident İlham Əliyev Xorvatiya Baş nazirinin birinci müavinini qəbul edib - YENİLƏNİB - FOTO

30 Oktyabr 2014 17:58
Baxış: 843
14:08

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, xarici və Avropa işləri üzrə naziri Vesna Pusiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında son illər ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu, enerji sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirildi və bu baxımdan "Cənub" qaz dəhlizinin əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 
Milli.Az

-----------
17:58

Böyütmək üçün şəkilə klikləyin.

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.