Siyasət

Keçmiş "Nida"çı Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün müraciət edib

30 Oktyabr 2014 13:45
Baxış: 636
Radikal müxalifət partiyalarında təmsil olunan bir qrup gəncin formalaşdırdığı "Nida" təşkilatının artıq keçmiş üzvü Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizə ilə müraciət etmişdir. Bu barədə Trend-ə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Elsevər Nəsrəddin oğlu Mürsəlli Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatına ünvanladığı müraciətdə "Nida" təşkilatına qoşulmasını səhv yol kimi qiymətləndirmiş və bilmədən bu yola qoşulduğunu dərk etdiyini xüsusi vurğulamışdır.

Keçmiş "Nida"çı Nəsrəddin Mürsəlli YAP-a üzv olmaq üçün etdiyi müraciətində Azərbaycanda dinamik inkişafın olduğunu qeyd edərək, "qəti qərara gəldim ki, mən də ölkəmizin bu cür inkişafına biganə qala bilmərəm, hansı sahədə olursa-olsun, öz gücümü bu inkişafa sərf edəcəyəm və qərara gəldim ki, bu inkişafın önündə gedən Yeni Azərbaycan Partiyasının sıralarına daxil olum", - deyə qeyd etmişdir.

Qeyd edək ki, Keçmiş "Nida"çı Nəsrəddin Mürsəlli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv haqqında Sərəncama əsasən azadlığa buraxıldıqdan dərhal sonra ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmiş, öz adından və ailəsi adından dövlət başçısına təşəkkürünü bildirmişdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.