Siyasət

Ermənistan ordusu bir neçə istiqamətdə mövqelərimizi atəşə tutub

30 Oktyabr 2014 09:33
1 Şərh     Baxış: 973
Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 17 dəfə pozulub.

Milli.Az nazirliyin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri Ağdam rayonunun Sarıcalı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Aşağı Veysəlli kəndi yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.