ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə AzərTAc-a məxsusi müsahibəsində ümummilli lider Heydər Əliyevin uzaqgörən neft strategiyasının uğurları barədə fikirlərini bölüşüb.
- Cənab Brayzə, Azərbaycanı yaxından tanıyan diplomat kimi, ölkədə gedən inkişaf prosesləri barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Azərbaycanın son iyirmi ili əhatə edən enerji siyasəti böyük strateji uğurdur. Bu siyasət ölkənin müstəqil dövlət kimi təhlükəsizliyini təmin edib. O zaman Prezident Heydər Əliyevin qətiyyəti sayəsində "Əsrin müqaviləsi" imzalandı və Azərbaycanın karbohidrogen sektorunu Qərb ölkələri, habelə Rusiya və İranın sərmayədarlarına açıq elan etməsi ilə bağlı verilən cəsarətli qərar möhtəşəm uğurlarla nəticələndi. Bunun sayəsində biz hazırda Azərbaycanın orta gəlirli ölkələr sırasına daxil olduğunu və Türkiyədə ən iri məbləğli sərmayəçiyə çevrildiyini görürük. Bunlar adamı heyrətləndirən uğurlardır. Ölkənin iqtisadiyyatının bütün sahələri günbəgün inkişaf edir, yoxsulluğun səviyyəsi Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə veriləndən əvvəlki 49 faizdən 5 faizə enib.
Azərbaycanda səfir işlədiyim illərdə neft sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinin, məsələn, aqrar bölmənin, ağır sənayenin, gəmiqayırmanın, turizmin, nəqliyyat daşımaları sahəsinin, həmçinin sosial infrastrukturun inkişaf etdirilməsinə yönəldilməsi ilə çoxşaxəliliyin təmin edilməsinin şahidi oldum.
Əminəm ki, Azərbaycan bundan sonra da şaxələndirmə istiqamətində işləri davam etdirəcək. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ölkəyə böyük uğurlar və nüfuz qazandırıb. Bir məqamı da qeyd etmək istərdim. bp şirkəti dünyada mənfəət əldə etdiyi ən önəmli mərkəzlərdən danışarkən dörd yeri qeyd edir: Şimal dənizi, Anqola, Azərbaycan və Meksika körfəzi. Görürsünüz, Azərbaycan bp üçün önəmli hesab edilən dörd yerdən biridir. Bu, şərh etdiyim böyük siyasətin bəhrəsidir.
- Azərbaycanın inkişaf vektorları barədə nə deyə bilərsiniz?
- Mən bu barədə çox nikbinəm. İlk növbədə, deməliyəm ki, Prezident İlham Əliyev Azərbaycanın inkişaf vektorlarını çox yaxşı bilir və bunun üçün uğurlu strategiya həyata keçirir. Davamlı inkişaf edən iqtisadiyyata nail olmaq üçün neft və qazdan əldə edilən gəlirlərin qeyri-neft sektorunun, o cümlədən təhsilin, səhiyyənin, infrastrukturun inkişafına yönəldilməsi Azərbaycanın dövlət siyasətinin prioritetidir. Ona görə də Azərbaycanda dəqiq hədəflərə doğru real addımlar atılır. Azərbaycan artıq xaricdən sərmayə cəlb edən ölkədən xaricə sərmayə yatıran ölkəyə çevrilib. İndi heç kəs şübhə etmir ki, iqtisadiyyatı şaxələndirmək yolu ilə gedən Azərbaycan daha böyük uğurlara imza atacaq. Bunun üçün ölkədə gələcəyə hədəflənmiş sosial-iqtisadi strategiya vardır.
Milli.Az
Siyasət
Mətyu Brayzə: "Prezident İlham Əliyev Azərbaycanın inkişaf vektorlarını çox yaxşı bilir və bunun üçün uğurlu strategiya həyata keçirir"
25 Oktyabr 2014 22:16
Baxış: 566
DİGƏR XƏBƏRLƏR
- Paşinyan imana gəlir - Ermənistan Bakı ilə RAZILAŞDI
- Türkiyə XİN-dən Qazaxın 4 kəndinin qaytarılmasına münasibət
- Heydər Əliyevin rəhbərliyi ilə azərbaycanlı gənclərin yaratdığı möcüzə - Baykal Amur Magistralı - FOTO
- İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
- Kəndlərimiz necə qaytarıldı? - Zəfərə aparan yol
- Nə oldu, Makron?
XƏBƏR LENTİ
- Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı - FOTO
- Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
- Bəxtiyar Musayev: “Rəşad Sadıqov işində müəyyən düzəlişlər etsə...”
- ARDNF “SimCorp” Suveren Sərvət Fondu Forumunda iştirak edib - FOTO
- 13 yaşlı oğlan Ceyranbatan su kanalında batdı
- "Aşıq Mübariz olsam, özümü öldürərdim" - VİDEO
- Bakıda məktəbli oğlana əxlaqsızlıq edən iş adamı həbs edildi
- “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq elmi konfrans keçirilib - FOTO
- Bədəndəki göyərmələr bu xəstəliyin əlamətləri imiş...
- “Cavanşir Məmmədov mənim ağsaqqalım idi”
- “Real”dan gedir
- Xoşqədəm Cavanşir Məmmədov DANIŞDI: “Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...”
- Qardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı
- Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT
- Azərbaycan çempionatında bürünc medalçı bəlli oldu
- Ermənistanın dörd kəndi qaytarması Azərbaycanın diplomatik qələbəsi oldu - Pakistanlı ekspert
- Ərdoğan HƏMAS sədrini qəbul etdi
- Canlı yayımda ekspertlər QIRĞINA ÇIXDI - VİDEO
- Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA
- Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO
- Dünyanın ən zəngin 10 varisinin adı açıqlandı
- Bakıda taxta bazarı yanır
- Göz ətrafı qaralma, diş əti qanaması... – Hansı vitamin çatışmazlığının əlamətləridir?
- Cavanşir Məmmədov dəfn YERİNDƏN VİDEO