Siyasət

Prezident İlham Əliyev bir sıra dövlətlərin başçılarını təbrik edib

25 Oktyabr 2014 18:18
Baxış: 520
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir: 

"Hörmətli Qurbanqulu Məlikquliyeviç,
Türkmənistanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, qarşılıqlı münasibətlərimizin hərtərəfli inkişafı və möhkəmləndirilməsi yolunda səylərimiz xalqlarımızın rifahına mühüm töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Türkmənistan xalqına sülh və firavanlıq arzulayıram".


X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerə təbrik məktubu ünvanlayıb.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Federal Prezident,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq əlaqələrinin daim genişləndirilməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.